Azərbaycan Premyer Liqasında son beş mövsümün azarkeş rekordu qeydə alınıb

Tokio, 14 noyabr , /AJMEDIA/

Azərbaycan Premyer Liqasının XIV turunun “Sabah” – “Qarabağ” oyununu 10 min tamaşaçı izləyib. Bu, mövsümün yeni rekordudur.
AJMEDIA xəbər verir ki, “Bank Respublika Arena”da oynanılan görüşədək rekord üçüncü turdan təxirə salınan və noyabrın 9-da keçirilən “Turan Tovuz” – “Qarabağ” qarşılaşmasına (0:2) məxsus idi. Tovuzdakı matçda 5800 seyrçi qeydə alınmışdı.
Qolsuz heç-heçə ilə başa çatan “Sabah” – “Qarabağ” qarşılaşmasındakı tamaşaçı sayı təkcə cari deyil, həm də son 5 mövsümün rekordudur. Daha çox izləyiciyə sonuncu dəfə 2017/2018-ci il mövsümündə təsadüf olunub. 2017-ci il noyabrın 5-də “Kəpəz” – “Qarabağ” oyununda 13 min 300 seyrçi qeydə alınıb. Gəncədəki matçdan sonra bu ədəd heç vaxt beşrəqəmli olmayıb.
Ümumilikdə turun görüşlərini 15 min 500 nəfər seyr edib. Bu da mövsümün yeni rekordudur. Bunadək rekord 14 min 800 tamaşaçının izlədiyi III tura məxsus idi.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts