Azərbaycan Özbəkistan ilə işgüzar dairələr arasında əlaqələrin genişləndirilməsini müzakirə edib

Tokio, 17 iyun , /AJMEDIA/

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Bakıda səfərdə olan Özbəkistanın Ticarət-Sənaye Palatasının rəhbəri Davron Vaxabov ilə görüşüb.
KOBİA-dan AJMEDIA-ya bildirilib ki, Azərbaycan və Özbəkistanın işgüzar dairələri arasında əlaqələrin inkişafına qarşılıqlı marağın ifadə olunduğu görüşdə, birgə tədbirlərin, o cümlədən qarşılıqlı biznes missiyalarının və sektoral dəyirmi masaların təşkilinə, dövlət-özəl sektor tərəfdaşlığı layihələrinə dair məlumat, sahibkarlara xidmətlərin göstərilməsi sahəsində təcrübə mübadiləsi barədə müzakirələr aparılıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts