Azərbaycan nümayəndə heyəti Qırğızıstanda keçirilən subregional seminarda iştirak edib

Tokio, 1 may , /AJMEDIA/

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı Qırğızıstan hökuməti ilə birgə Bişkekdə Mərkəzi Asiya ölkələrində torpaq bazarının inkişafı üzrə subregional seminar keçirib.
AJMEDIA xəbər verir ki, seminarda Qırğızıstanla yanaşı, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Türkmənistan və Tacikistandan olan bu sahənin mütəxəssisləri, ekspertlər, elmi dairələrin nümayəndələri iştirak ediblər.
Ölkəmizdən bu tədbirə Azərkosmosun nümayəndəsi Yolçu Həsənov və Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Firudin Tağıyev qatılıb.
Seminarın keçirilməsində məqsəd torpaq bazarında təcrübə mübadiləsi aparmaq üçün Mərkəzi Asiya ölkələrində müxtəlif görüşlərin keçirilməsi, kənd təsərrüfatı torpaqları bazarının inkişafı məqsədi ilə torpaq ehtiyatları vasitələrindən istifadə imkanlarının öyrənilməsi, bu bazarların inkişafı üzrə fəal torpaq siyasətinin aparılması, təlimatlar vermək və yol xəritələrinin müzakirəsindən ibarət olub.
F.Tağıyev seminarda Azərbaycanda fermer təsərrüfatlarının strukturu, torpaq ehtiyatlarının idarə olunması sistemi və torpaq bazarlarının vəziyyəti haqqında çıxış edib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts