Azərbaycan nefti bahalaşıb

Tokio, 29 mart , /AJMEDIA/

İtaliyanın Auqusta limanında CIF bazisi üzrə Azərbaycanın “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2,46 dollar bahalaşaraq 80,74 dollar olub.
AJMEDIA xəbər verir ki, Türkiyənin Ceyhan limanında FOB bazisi üzrə “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2,46 dollar bahalaşaraq 78,31 dollar olub.
Azərbaycanın Rusiyanın Qara dənizdəki Novorossiysk limanından Bakı-Novorossiysk boru kəməri ilə satdığı URALS markalı neftin bir barelinin qiyməti əvvəlki göstəricidən 2,58 dollar bahalaşaraq 44,2 dollar olub.
Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin bir barelinin qiyməti martın 28-də 2,58 dollar bahalaşaraq 77,84 dollar təşkil edib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts