Azərbaycan nefti 85 dollardan baha satılır

Tokio, 13 Oktyabr, /AJMEDIA/

Azərbaycan neftinin qiyməti ucuzlaşıb.

AJMEDIA xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,74 dollar azalaraq 85,15 dollar təşkil edib.

Qeyd edək ki, Azərbaycan neftinin bir barelinin bu il ərzində maksimum qiyməti oktyabrın 11-də (85,89) qeydə alınıb. Dünyada yaşanan enerji böhranı neft qiymətlərinin artmasında əsas səbəb kimi göstərilib. Həmçinin “OPEC+” alyansının neft hasilatını sürətləndirməmək haqqında qərarı da qiymət artımında rol oynayıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts