Azərbaycan Moda Həftəsinin 14-cü mövsümü keçiriləcək

Tokio, 22 may , /AJMEDIA/

Mayın 22-dən 24-dək Daş Salnamə Muzeyində Azərbaycan Moda Həftəsinin 14-cü mövsümü keçiriləcək.
AJMEDIA xəbər verir ki, həmişə olduğu kimi bu dəfə də moda dünyasının ən parlaq yerli və xarici adları ictimaiyyətə təqdim olunacaq.
Bu mövsümün əsas mövzusu modanın təkcə yüksək sənət deyil, həm də gəlirli bir iş olduğunu göstərməkdi. Bu gün moda sənayesi müasir iqtisadiyyatın ən dinamik və perspektivli sahələrindən biridir. Bəs Azərbaycanda moda sənayesi nə dərəcədə gəlirlidir? Azərbaycan moda sənayesi ilə bağlı bu və digər sualların cavabı 23 və 24 may tarixlərində 16:00-da Daş Salnamə Muzeyində müzakirə olunacaq. Bu mövzu ilə maraqlananlar müzakirələrə qoşula bilərlər.
14-cü mövsüm çərçivəsində gənc dizaynerlər arasında müsabiqə keçiriləcəyi də gözlənilir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts