Azərbaycan millisinin V İslam Həmrəyliyi Oyunları üçün heyəti açıqlanıb

Tokio, 2 avqust , /AJMEDIA/

Türkiyənin Konya şəhərində təşkil olunacaq V İslam Həmrəyliyi Oyunlarında mübarizə aparacaq futbol üzrə Azərbaycan milli komandası avqustun 2-dən 4-dək Milli Komandaların Məşq Mərkəzində təlim-məşq toplanışında olacaq.
AJMEDIA AFFA-nın saytına istinadla xəbər verir ki, avqustun 5-də Konyaya yola düşəcək komandanın heyətində Rza Cəfərov (“Neftçi”), Sahib Həsənov (“Şamaxı”), Rüstəm Samiqullin (“Sabah”), David Orucov (“Neftçi”), Cəlal Hüseynov (“Zirə”), Şirxan Həsənzadə (“Qarabağ”), Abdulla Rzayev, Mirəli Əhmədov (“Şamaxı”), İbrahim Ramazanov (“Qəbələ”), Nihad Qurbanlı (“Neftçi”), Ədilxan Qarəhmədov (“Səbail”), Ramin Nəsirli (“Neftçi”), Veysəl Rzayev (“Turan Tovuz”), Camal Cəfərov (“Sabah”), Samir Məhərrəmli (“Kəpəz”), Murad Xaçayev, Rüfət Abdullazadə (“Sumqayıt”), Nazim Həsənzadə (“Turan Tovuz”), Vüsal Qənbərov (“Səbail”), İsmayıl İbrahimli (“Qarabağ”), Samir Abdullayev (“Səbail”), Nəriman Axundzadə (“Qarabağ”) və Mehrac Baxşəli (“Qəbələ”) yer alıblar.
Qeyd edək ki, İ.İbrahimli və N.Axundzadə komandaya avqustun 3-də qoşulacaqlar.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts