Azərbaycan millisi Bakıda keçirilən paracüdo üzrə dünya çempionatında ilk medalını qazanıb

Tokio, 9 noyabr , /AJMEDIA/

Azərbaycan millisi Bakıda keçirilən paracüdo üzrə dünya çempionatında ilk medalını qazanıb.
AJMEDIA xəbər verir ki, turnirdə 48 kiloqram çəki dərəcəsində çıxış edən Şahanə Hacıyeva ilk görüşdə türk Cahide Eke uduzub. Təsəlliverici görüşlərdə təmsilçimiz misirli Hent Muhammad və isveçrəli Karmen Bryussiqə qalib gəlib və üçüncü yer uğrunda görüşə çıxmaq hüququ qazanıb. Bürünc medal uğrunda görüşdə tayvanlı Kai-Kin Liyə qalib gələn paracüdoçumuz bürünc medala sahib olub.
Heydər Əliyev İdman Konsert Kompleksində keçirilən çempionatda 41 ölkədən 250-dək paracüdoçu mübarizə aparır.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts