Azərbaycan “Lüksemburq Beynəlxalq Bazarı”nda təmsil olunacaq

Tokio, 20 Noyabr, /AJMEDIA/

“Lüksemburq Beynəlxalq Bazarı”nda Azərbaycan-Lüksemburq Ticarət Palatasının və bu ölkədə fəaliyyət göstərən “Qarabağ” Assosiasiyasının birgə təşkilatçılığı ilə ölkəmiz böyük stendlə təmsil olunacaq.

AJMEDIA xəbər verir ki, noyabrın 26-da açılacaq “Lüksemburq Beynəlxalq Bazarı” üç gün davam edəcək. Beynəlxalq Bazar Lüksemburqun Böyük Hersoqinyasının himayəsində təşkil olunur.

Pandemiyanın yayılmasından sonra ilk dəfə təşkil olunacaq Bazarda bu dəfə 60 deyil, 37 ölkənin iştirakı gözlənilir. Azərbaycan “Lüksemburq Beynəlxalq Bazarı”nda 2011-ci ildən iştirak edir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts