Azərbaycan komandası Çempionlar Liqasında ilk qələbəsini qazanıb

Tokio, 2 sentyabr , /AJMEDIA/

Azərbaycanın “Beerbaşa” komandası minifutbol üzrə Çempionlar Liqasında növbəti oyununu keçirib.
AJMEDIA xəbər verir ki, B qrupunda çıxış edən kollektiv ikinci turda Bolqarıstanın “DXC Technology” klubu ilə qarşılaşıb. Rəqibini 5:1 hesabı ilə məğlub edən “Beerbaşa” avrokuboklarda qələbə və xal qazanan Azərbaycan klubu kimi adını minifutbol tarixinə yazdırıb.
Qeyd edək ki, Azərbaycan təmsilçisi B qrupunun ilk matçında Çexiyanın “G.I.C. La Plate de Künde Praqa” komandasına 1:2 hesabı ilə uduzub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts