Azərbaycan komandası Amerikada keçirilən robototexnika yarışmasında yüksək nəticə göstərib

Tokio, 13 may , /AJMEDIA/

Amerika Birləşmiş Ştatlarında keçirilən “VEX Robotics World Championship 2022” yarışmasında ölkəmizi təmsil edən komanda böyük uğura imza atıb.
Bu barədə AJMEDIA-ya Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, “Ginnesin Rekordlar Kitabı”na dünyanın ən böyük robototexnika yarışması kimi düşən “VEX Robotics World Championship 2022”də Azərbaycan komandası göstərdiyi nəticələrə görə divizionun “Energy Team” kubokunu qazanıb.
Ölkəmizi yarışda təmsil edən komandamız yarışdığı divizionda 20 ən yaxşı komanda siyahısına daxil olaraq finala qatılıb və VI yerdə qərarlaşıb.
Qeyd edək ki, yarışlarda 50-yə yaxın ölkədən 4 min 800 komanda, 15 minə yaxın şagird iştirak edib. Azərbaycan Təhsil Nazirliyinin dəstəyi ilə robototexnika üzrə dünya çempionatında ilk dəfə təmsil olunub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts