Azərbaycan jurnalistlərinin VIII qurultayı işə başlayıb

Tokio, 24 sentyabr , /AJMEDIA/

Sentyabrın 24-də Beynəlxalq Muğam Mərkəzində Azərbaycan jurnalistlərinin VIII qurultayı işə başlayıb.
AJMEDIA xəbər verir ki, qurultayda əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, əvvəlki qurultaydan keçən dövr ərzində dünyasını dəyişmiş jurnalistlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Azərbaycan Mətbuat Şurası sədrinin müavini Umud Rəhimoğlu jurnalistlərin VIII qurultayının iştirakçılarının Prezident İlham Əliyevə müraciətini oxuyub.
Sonra qurultayın gündəliyi səsə qoyularaq qəbul edilib.
Qurultayda Mətbuat Şurasına üzv 163 təşkilatdan 213 nümayəndə iştirak edir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts