Azərbaycan ilk dəfə Beynəlxalq Kompüter və İnformasiya Savadlılığı Tədqiqatında iştirak edib

Tokio, 5 noyabr , /AJMEDIA/

Azərbaycan ilk dəfə Beynəlxalq Kompüter və İnformasiya Savadlılığı Tədqiqatında (ICILS) iştirak edib. Qiymətləndirə Elm və Təhsil Nazirliyi və Təhsil İnstitutu tərəfindən may-iyun aylarında həyata keçirilib.
Təhsil İnstitutundan AJMEDIA-ya bildirilib ki, tədqiqat respublika üzrə 28 məktəbin 41 sinfindən 844 nəfər VIII sinif şagirdini əhatə edib. Şagirdlər 2 hissədən (bilik testləri və sorğu) ibarət sessiyada iştirak ediblər. Məktəb direktorları və müəllimlər arasında da sorğu aparılıb.
Tədqiqatda iştirak üçün seçilən məktəblərin hər biri lazım olan minimal kompüterlə və internetə çıxışla təmin edilib.
ICILS VIII sinif şagirdlərinin kompüter və informasiya savadlılığını, onların rəqəmsal düşüncə tərzi və bacarıqları arasındakı fərqləri ölçür. Tədqiqat şagirdlərin XXI əsrdə uğurlu olması üçün zəruri hesab edilən kompüter və informasiya savadlılığı üzrə müqayisəli məlumatlarla ölkələri təmin edir. Əldə edilən məlumatlar ümumi təhsil müəssisələrin texnologiyadan istifadə səviyyəsini anlamağa və şagirdlərin rəqəmsal bacarıqlarındakı irəliləyişini izləməyə imkan verir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts