Azərbaycan ilə Yaponiya arasında diplomatik münasibətlərin 30 illiyi ilə bağlı festival keçiriləcək

Tokio, 13 iyun , /AJMEDIA/

Azərbaycanla Yaponiya arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi münasibətilə “True Colors Festival” keçiriləcək.
AJMEDIA xəbər verir ki, tədbir iyunun 24-25-də Dənizkənarı Milli Parkda təşkil olunacaq.
Festivalın təşkilatçıları Azərbaycan Respublikası Milli Abilimpiya Federasiyası, Yaponiyanın Azərbaycandakı səfirliyi və “The Nippon Foundation” təşkilatıdır.
Azərbaycan və Yaponiyadan olan əlilliyi olan istedadlı şəxslərin iştirakı ilə baş tutacaq festivalda konsert, rəqs, teatr tamaşaları nümayiş etdiriləcək.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts