Azərbaycan ilə Türkiyə arasında tikinti işləri sahəsində əməkdaşlığa dair protokol təsdiqlənib

Tokio, 19 mart , /AJMEDIA/

Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında tikinti işləri sahəsində əməkdaşlığa dair Protokol təsdiq edilib.
AJMEDIA xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev martın 18-də bununla bağlı Fərmanı imzalayıb.
Fərmana əsasən, 2022-ci il dekabrın 22-də Ankara şəhərində imzalanmış Protokol qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə onun müddəalarının həyata keçirilməsini təmin etmək, Xarici İşlər Nazirliyinə isə Protokolun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkiyə Respublikası Hökumətinə bildiriş göndərmək tapşırılıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts