Azərbaycan ilə Syerra-Leone arasında paralimpiya sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunacaq

Tokio, 18 may , /AJMEDIA/

Mayın 18-də Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) prezidenti, Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Assosiasiyasının vitse-prezidenti İlqar Rəhimov Syerra-Leone Paralimpiya Komitəsinin prezidentinin dəvəti ilə bu ölkəyə səfərə gedib.
AMPK-dan AJMEDIA-ya bildiriblər ki, səfərin məqsədi Syerra-Leone Respublikasında Paralimpiya dəyərlərinin cəmiyyətə çatdırılması, görmə məhdudiyyətli və əlilliyi olan şəxslərin idmana cəlb olunması, onların cəmiyyətə inteqrasiyası mövzusunda təcrübə mübadiləsi aparılmasıdır. Eyni zamanda, sosial layihələr, o cümlədən abilimpiya dəyərləri və hərəkatın inkişafı mövzusunda dəyirmi masalar təşkil ediləcək.
Səfər zamanı İ.Rəhimovun Syerra-Leonenin prezidenti Julius Maada Vonie Bio, vitse-prezident, baş nazir, xarici işlər naziri, idman naziri, sosial müdafiə naziri, Milli Olimpiya Komitəsinin prezidenti, Syerra-Leone, Qvineya və Liberiya Paralimpiya komitələrinin rəhbər şəxsləri, digər idman komitələrinin sədrləri və əlilliyi olan idmançılarla görüşlərin keçirilməsi planlaşdırılır.
Səfər mayın 22-dək davam edəcəkdir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts