Azərbaycan idmançıları Gürcüstanda keçiriləcək dünya çempionatına dəvət olunublar

Tokio, 4 fevral , /AJMEDIA/

Fevralın 16-da Gürcüstanın Bakuriani bölgəsində ölkə tarixində ilk dəfə olaraq fristayl, xizəksürmə və snoubord idman növləri üzrə dünya çempionatı keçiriləcək.
Bu barədə AJMEDIA-ya Gürcüstan Xizəksürmə Federasiyasından məlumat verilib.
Bildirilib ki, çempionat fevralın 16-dan martın 5-dək davam edəcək. Gürcüstanda ilk dəfə təşkil olunacaq bu çempionatda dünyanın 42 ölkəsindən 700 idmançı iştirak edəcək.
Çempionata Azərbaycandan da idmançılar və bu sahə üzrə mütəxəssislər dəvət olunublar.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts