Azərbaycan idmançıları bodibildinq üzrə dünya çempionatında 2 medal qazanıblar

Tokio, 8 noyabr , /AJMEDIA/

Azərbaycan idmançıları İspaniyanın Santa-Susanna şəhərində keçirilən bodibildinq üzrə dünya çempionatında 2 medal qazanıblar.
AJMEDIA xəbər verir ki, təmsilçimiz Vüqar Verdiyev “Masters” kateqoriyasında 90 kiloqram çəki dərəcəsində çıxış edib və gümüş medala sahib olub.
“Men’s Physique” kateqoriyasında boyu 182 santimetr olan idmançıların yarışında mübarizə aparan Əli Qurbanlı isə yarışı üçüncü pillədə başa vurub.
Bodibildinq yarışlarında çıxış edən Fuad Quluzadə (100 kq) beşinci, Nizami Misirov (85 kq) səkkizinci, “Men’s Physique” kateqoriyasında mübarizə aparan Fövqi Əfəndiyev isə beşinci olublar.
Qeyd edək ki, V.Verdiyev bu il Avropa çempionatında gümüş medal qazanıb. Ə.Qurbanlı ötən il dünya çempionatında bürünc mükafat əldə edib, bu il isə qitə birinciliyində fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts