Azərbaycan haqqında təqdimat Hiroşima məktəbliləri tərəfindən maraqla qarşılanıb

Tokio, 7 fevral , /AJMEDIA/

Azərbaycan haqqında təqdimat Yaponiyanın Hiroşima şəhərində fəaliyyət göstərən “Hijiyama” orta məktəbinin şagirdləri və müəllimləri tərəfindən böyük maraqla qarşılanıb.
AJMEDIA portalı xəbər verir ki, fevralın 6-da hazırda Hiroşima şəhərində yaşayan soydaşımız Nemət Mirzə məktəbin tarix və coğrafiya müəlliminin dəvəti ilə “Qafqaz ölkələrinin tarixi: Qafqazda Azərbaycanın mövqeyi, Qarabağ müharibəsinin əsas məqamları, sülh və müharibə” mövzusunda təqdimatla çıxış edib.
Məktəblilərə Qarabağ müharibəsi barədə obyektiv məlumatlar, münaqişənin səbəbləri, Ermənistanın Azərbaycana qarşı əsasız ərazi iddiaları, I və II Qarabağ müharibələri, işğal altında olan torpaqların azad edilməsindən sonra Azərbaycanın həmin ərazidə apardığı böyük bərpa və quruculuq işləri barədə ətraflı məlumat verilib. Qeyd edilib ki, 30 ilə yaxın bir dövrdə ermənilərin bu ərazilərdə törətdiyi vandalizmə, infrastrukturun vəhşicəsinə dağıdılmasına baxmayaraq, Azərbaycan hökuməti bu torpaqlara böyük qayıdışı təmin etmək üçün əzmlə çalışır. Əraziyə yeni avtomobil yollar çəkilir, beynəlxalq səviyyəli hava limanları, körpülər, sosial obyektlər inşa edilir.
Təqdimatda məktəbin VIII və IX siniflərində təhsil alan təqribən 70-ı yaxın şagird iştirak edib.
Tədbirin sonunda şagirdlərin mövzu ilə əlaqədar sualları ətraflı cavablandırılıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts