Azərbaycan gimnastları dünya kuboku yarışlarında iki alət üzrə finala yüksəliblər

Tokio, 10 mart , /AJMEDIA/

Bakıda keçirilən idman gimnastikası üzrə dünya kuboku yarışlarının ikinci günündə kişilər dayaqlı tullanma, dəstəli at, turnik, qadınlar isə gimnastika tiri və sərbəst hərəkətlər üzrə təsnifat mərhələsində mübarizə aparıblar.
AJMEDIA xəbər verir ki, Azərbaycanın iki gimnastı finala vəsiqə qazanıb. Belə ki, İvan Tixonov turnik hərəkətində 13,933 xalla təsnifat mərhələsində altıncı olub və finala vəsiqə qazanıb.
Digər təmsilçimiz Nazənin Teymurova isə sərbəst hərəkətlərdə həlledici mərhələyə yüksəlib. Təsnifat mərhələsində hakimlərdən 12,566 xal alan gimnastımız beşinci olub və mərhələ adlayıb.
Yarışlarda rekord sayda – 49 ölkədən 173 idmançı iştirak edir.
Dünya kuboku yarışlarının yekununda ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi “AGF Trophy” kuboku təqdim olunacaq.
Turnirə martın 12-də yekun vurulacaq.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts