Azərbaycan Dövlət Pedaqoji Universiteti ilə Hacettepe Universiteti arasında anlaşma memorandumu imzalanıb

Tokio, 13 noyabr , /AJMEDIA/

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) nümayəndə heyətinin Türkiyə Respublikasına işgüzar səfəri çərçivəsində növbəti görüş Hacettepe Universitetinin rəhbərliyi ilə keçirilib.
Universitetin mətbuat katibliyindən AJMEDIA-ya bildirilib ki, əvvəlcə heyətlərin tanışlıq görüşü keçirilib və əməkdaşlıq imkanları müzakirə olunub.
Növbəti görüşdə isə ADPU nümayəndə heyəti Hacettepe Universitetinin Təhsil fakültəsində olub, burada təlim-tədris şəraiti ilə bağlı ətraflı məlumatlandırılıblar.
Görüşdə ADPU-nun nümayəndə heyətindən Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil müşaviri Nəcibə Nəsibova, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru professor Cəfər Cəfərov, prorektorlar dosent Eldar Aslanov, Könül Pirverdiyeva, Filologiya fakültəsinin dekan müavini Könül Həsənova, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Günay Məhərrəmova, Hacettepe Universitetindən isə rektor professor Mehmet Cahit Guran, prorektor professor Vural Gökmen və Xarici əlaqələr şöbəsinin müdiri professor Selim Latif Sanin iştirak ediblər.
Məhsuldar görüşün yekununda rektorlar tərəfindən gələcək akademik və tələbə mübadiləsi, habelə elmi-pedaqoji əməkdaşlıq imkanlarını əhatə edən anlaşma memorandumu imzalanıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts