Azərbaycan Braziliya Ciu-citsu Federasiyası xeyriyyə tədbiri təşkil edib

Tokio, 17 mart , /AJMEDIA/

Azərbaycan Braziliya Ciu-citsu Federasiyası və Bakı Baş Mədəniyyət İdarəsinin Mədəni Tədbirlərin Təşkili və Yaradıcı Gənclərlə İş üzrə Mərkəzinin birgə təşəbbüsü ilə 8 nömrəli internat məktəbində Novruz bayramı ilə əlaqədar xeyriyyə tədbiri təşkil edilib.
AJMEDIA xəbər verir ki, tədbirdə federasiyanın prezidenti Aqil Acalov, mədəniyyət evinin əməkdaşları, digər nümayəndələr və qonaqlar uşaqlarla görüşərək onların bayramını təbrik edib, birlikdə əyləniblər.
Aqil Acalov kimsəsiz uşaqların Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın xüsusi nəzarəti ilə dövlətimiz tərəfindən diqqətdə saxlanıldığından və onlar üçün yaradılan şəraitdən danışıb. Bildirib ki, bu cür sosial layihələr federasiyanın illik fəaliyyət planına daxil olmaqla silsilə şəkildə təşkil ediləcək.
Daha sonra tədbir Novruz bayramının personajları Keçəl və Kosanın səhnəcikləri, müğənnilərin çıxışları ilə davam edib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts