Azərbaycan boksçularının Serbiyada keçiriləcək beynəlxalq turnirdə ilk rəqibləri müəyyənləşib

Tokio, 14 sentyabr , /AJMEDIA/

Serbiyanın Subotitsa şəhərində gənc oğlan və qız boksçular arasında keçiriləcək beynəlxalq turnirin püşkü atılıb.
AJMEDIA Azərbaycan Boks Federasiyasına istinadla xəbər verir ki, bu gün start götürəcək yarışda Azərbaycan millisinin üzvlərinin də ilk rəqibləri bəlli olub.
Komandamızın heyətində turnirin ilk günündə rinqə 6 boksçumuz çıxacaq. Rza Rzazadə (75 kq) qazaxıstanlı Yeqor Yeqorov, Amin Məmmədzadə (51 kq) hindistanlı Usman Ansari, Nadir Məlikov (57 kq) Qazaxıstan idmançısı Uralbek Abdıkadırov, Səid Abdullayev (63,5 kq) Prit Malik, Daniel Xolostenko (71 kq) Anke (hər ikisi Hindistan), Səbuhi Əlizadə (+92 kq) isə ukraynalı Mikita Maliuta ilə qarşılaşacaq.
Sentyabrın 15-də Tağı Tağızadə (60 kq) hindistanlı Anşul, Sənan Hətəmov (67 kq) Ruslan Şaxar (Qazaxıstan), Məmməd Quliyev (92 kq) ukraynalı Ruslan Artişçenko ilə üz-üzə gələcək. Ertəsi gün Kənan Babayev (48 kq) Tali Taba (Hindistan), Fətəli İsmayılov (80 kq) norveçli Denis Dahl, Rəşid Məmmədov (86 kq) isə Camal Quliyev (Ukrayna) ilə görüşdə gücünü sınayacaq.
Yarışda 21 ölkədən 189 (141 oğlan, 48 qız) idmançı medallar uğrunda mübarizə aparacaq. Azərbaycan millisi oğlanların mübarizəsində gücünü yoxlayacaq. Turnirin qaliblərinin adına isə sentyabrın 18-də aydınlıq gələcək.
Qeyd edək ki, turnirdə iştirak dünya birinciliyinə hazırlıq xarakteri daşıyır.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts