Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupunun nümayəndə heyəti Vaşinqtonda səfərdədir

Tokio, 18 Noyabr, /AJMEDIA/

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupunun nümayəndə heyəti Vaşinqtonda səfərdədir.

AJMEDIA xəbər verir ki, nümayəndə heyətinin tərkibində işçi qrupun rəhbəri Səməd Seyidov və qrupun üzvləri Asim Mollazadə, Erkin Qədirli və Nigar Arpadarai yer alıblar.

Deputatlar Azərbaycanın ABŞ-dakı səfirliyi tərəfindən ABŞ-Azərbaycan parlamentlərarası əlaqələrinin gücləndirilməsi və gündəlikdə olan məsələlərin müzakirəsi məqsədilə ABŞ Konqresinin Senatında, ABŞ Nümayəndələr Palatasında və ABŞ Dövlət Departamentində bir sıra görüşlər keçiriblər.

Noyabrın 17-də nümayəndə heyətinin üzvləri ADA Universitetinin Vaşinqton Mərkəzində ABŞ-da təhsil alan azərbaycanlı tələbələrlə görüşüblər. Görüş zamanı deputatlar işğaldan azad olunmuş torpaqlarda bərpa işləri və iqtisadi və mədəni dirçəliş layihələri, habelə Böyük Qayıdış proqramının təfərrüatları ilə bağlı sualları cavablandırıblar.

AZƏRTAC-a eksklüziv müsahibəsində nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib ki, Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupu ikitərəfli münasibətlərin inkişaf olunmasında həmişə fəal iştirak edib.

O, Azərbaycanın qələbəsi ilə nəticələnən Vətən müharibəsinin regionda yeni reallıqlar yaratdığını qeyd edib. Məhz buna görə nümayəndə heyətinin Vaşinqtona bir həftə davam edən səfəri xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb. Qeyd edib ki, hər iki siyasi partiyanı təmsil edən ABŞ Konqres üzvləri və komitə sədrləri, Dövlət Departamenti rəsmiləri və Vaşinqtonda yerləşən nüfuzlu beyin mərkəzləri nümayəndələri ilə görüşlər keçirilir.

S.Seyidov deyib ki, noyabrın 15-16 Ermənistan hərbi qüvvələrinin Azərbaycanın dövlət sərhədi boyu törətdiyi təxribatları və həmişə olduğu kimi, erməni lobbisinin davamlı dizinformasiya kampaniyasını nəzərə alsaq, Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupunun hazırda Vaşinqtonda olması, görüşlərin keçirilməsi, ABŞ rəsmilərinin məlumatlandırılması xüsusi əhəmiyyət kəsb edir.

Vaşinqtonda təhsil alan azərbaycanlı tələbələr haqqında söz açan S.Seyidov onların ADA Universitetini və Azərbaycanı layiqincə təmsil etdiyini fəxr hissi ilə vurğulayıb. Tələbələrimizlə ADA Universitetinin Vaşinqton mərkəzində ğörüş imkanı yaradan ADA Universitetinin rektoru Hafiz Paşayeva təşəkkürünü bildirib.

Deputat nümayəndə heyətinin tərkibində həm iqtidar, həm müxalifət, həm də müstəqil parlament üzvlərinin mövcud olduğunu və bununla Azərbaycanın geniş siyasi spektrının təmsil olunmasını xüsusi vurğulayıb. O, bundan sonra da Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupu Azərbaycanın haqq sözünü ABŞ rəsmilərinə və ictimaiyyıtinə çatdırılmasında səylərin artıracağına əmin olduğunu bildirib. Səfər noyabrın 21-də başa çatacaq.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts