Site icon AJMEDIA Azərbaycanca

“Azəri-Çıraq-Günəşli” yatağının yeni platformasının tikintisi yekunlaşır

Tokio, 23 fevral, /AJMEDIA/

“Azəri-Çıraq-Günəşli” yatağının yeni “Azəri-Mərkəzi-Şərqi” (ACE) platformasının tikintisi sona yaxınlaşır.

AJMEDIA xəbər verir ki, bu barədə SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidentinin müavini, şirkətin mətbuat katibi İbrahim Əhmədov feysbuk səhifəsində bildirib.

Onun sözlərinə görə, SOCAR-ın AZFEN və “BOS Şelf” şirkətləri nəhəng platformanın üst hissəsini və dayaq blokunu inşa etməkdədir.

Qeyd edib ki, bu platforma ölkəmizin neft hasilatının sabitləşməsinə mühüm töhfə verəcək.

Exit mobile version