Site icon AJMEDIA Azərbaycanca

“AzərGold”un ümumi satış gəlirləri 1 milyard 28 milyon manatı üstələyib

Tokio, 6 iyul , /AJMEDIA/

“AzərGold” QSC-nin fəaliyyətə başlamasının 7-ci ildönümü ərəfəsində ümumi satış gəlirləri 1 milyard 28 milyon manatı üstələyib.
AJMEDIA xəbər verir ki, bu barədə qurumun İdarə Heyətinin sədri Zakir İbrahimov deyib.
QSC sədri qeyd edib ki, satış gəlirlərinin 990 milyon manatını ixracdan əldə edilmiş gəlirlər təşkil edir. Belə ki, şirkətin uğurlu fəaliyyəti nəticəsində 358 min unsiya qızıl, 712 min unsiya gümüşün ixracını həyata keçirilib. İxracla yanaşı, ötən dövr ərzində yerli zərgərlik bazarının inkişafı məqsədilə 11 min unsiyadan çox qızıl, 76 min unsiyadan çox gümüş metalını daxili bazara yönəldilib.

Exit mobile version