Tokio, 3 sentyabr , /AJMEDIA/
Tiranada “Azərbaycan mədəniyyəti həftəsi” keçirilir.
AJMEDIA xəbər verir ki, həftə çərçivəsində Tirananın “Reja-The Could” açıq havada müasir üslubda yaradılan pavilyonda kino sənətinin əvəzsiz incilərindən olan 1945-ci ildə çəkilmiş “Arşın mal alan” filmi nümayiş olunub.
Qeyd edək ki, nümayişdə həmin filmin 2013-cü ildə Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə bərpa edilmiş və rənglənmiş versiyası göstərilib.
Həmçinin Tirananın mərkəzi İtaliya meydanında Azərbaycan Xalq artisti Ənvər Sadıqov və Əməkdar artist Emil Əfrasiyabın rəhbərlik etdiyi “Buta” etno-caz musiqi qrupunun konserti olub.
Qrup ənənə və müasirlik arasında körpü yaradaraq, müxtəlif janrlarda sintez xarakterli improvizasiyalar ifa edib.
Musiqiçilərin çıxışı tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.