Site icon AJMEDIA Azərbaycanca

Azərbaycanlı atlet Slovakiyada keçirilən yarışda uğurlu nəticə göstərib

Tokio, 9 iyun , /AJMEDIA/

Slovakiyanın Koşitse şəhərində Dünya Kontinental Turu – Bürünc səviyyədə keçirilən JBL Tullanmalar Festivalında Azərbaycan atleti Nazim Babayev uğurlu nəticə ilə yadda qalıb.
AJMEDIA xəbər verir ki, atletimiz uzunluğa tullanma üzrə yarışda 7,80 metrlik göstəriciyə imza atıb.
Yekunda yalnız çexiyalı Radek Yuşkadan geri qalan Babayev ikinci yeri tutub.

Exit mobile version