Site icon AJMEDIA Azərbaycanca

Azərbaycanlı alim Mahatma Qandi Universitetində yaradılmış dissertasiya şurasının sədri təyin edilib

Tokio, 7 yanvar, /AJMEDIA/

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İdarəetmə Sistemləri İnstitutunun laboratoriya müdiri AMEA-nın müxbir üzvü Ağası Məlikov Hindistanın Mahatma Qandi Universitetində P.Binanın “İstehsalı və təkrar tətilləri olan xidmət-ehtiyatlanma sistemlərinin tədqiqi” mövzusunda fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün yaradılmış dissertasiya şurasının sədri təyin edilib.

AJMEDIA xəbər verir ki, bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.

Qeyd edək ki, bundan əvvəl də A.Məlikov Hindistanın bir neçə universitetində tətbiqi riyaziyyat üzrə yaradılmış dissertasiya şuralarının üzvü və sədri seçilib.

Exit mobile version