Tokio, 22 dekabr , /AJMEDIA/
Milli Məclis Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndinə əsasən Azərbaycanla İraq arasında hava əlaqəsi haqqında sazişi təsdiqləyib.
AJMEDIA xəbər verir ki, bununla bağlı qərar layihəsi parlamentin dekabrın 22-də keçirilən iclasının gündəliyinə daxil edilib.
Qeyd edək ki, “Azərbaycan Respublikası Hökuməti ilə İraq Respublikası Hökuməti arasında hava əlaqəsi haqqında Saziş” 2023-cü il noyabrın 20-də Bakı şəhərində imzalanıb.
Qərar layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq təsdiq edilib.