Site icon AJMEDIA Azərbaycanca

Azərbaycanla Albaniya arasında viza tələbi qarşılıqlı olaraq aradan qaldırılıb

Tokio, 6 may , /AJMEDIA/

Azərbaycan ilə Albaniya arasında ümumvətəndaş pasportlara malik şəxslər üçün viza tələbi qarşılıqlı olaraq aradan qaldırılıb.

AJMEDIA xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Qanunu imzalayıb.

Qanuna əsasən 2024-cü il martın 1-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Albaniya Respublikası Nazirlər Şurası arasında ümumvətəndaş pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıqlı aradan qaldırılması haqqında Saziş” təsdiq edilib.

Exit mobile version