Site icon AJMEDIA Azərbaycanca

Azərbaycanın və Pakistanın xarici işlər nazirləri arasında görüş keçirilib

Tokio, 30 may , /AJMEDIA/

Pakistan İslam Respublikasında səfərdə olan Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə bu ölkənin Baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar arasında görüş keçirilib.

AJMEDIA xəbər verir ki, nazirlər müxtəlif mövzular ətrafında geniş müzakirələr aparıblar. Həmçinin Azərbaycan və Pakistan arasında strateji tərəfdaşlığın daha da inkişaf etdirilməsi üçün məqsədləri bölüşüblər.

Bundan başqa, regional və qlobal səviyyədə ölkələrimizin mövqelərini daha da möhkəmləndirən çoxtərəfli əməkdaşlıq gündəmdə əsas yer tutub.

Qeyd edək ki, səfər çərçivəsində C.Bayramovun digər yüksək səviyyəli rəsmilərlə görüşlərinin keçirilməsi də nəzərdə tutulub.

Exit mobile version