Site icon AJMEDIA Azərbaycanca

Azərbaycanın stolüstü tennisçiləri Xorvatiyada fəxri kürsüyə qalxıblar

Tokio, 10 fevral, /AJMEDIA/

Azərbaycanın stolüstü tennisçiləri Xorvatiyanın Osiyek şəhərində təşkil olunan “Europe Youth Series” turnirində fəxri kürsüyə qalxıblar.

Azərbaycan Stolüstü Tennis Federasiyasından AJMEDIA-ya verilən məlumata görə, Onur Quluzadə ilə Tunar Bağırov qoşa mübarizədə bürünc medala layiq görülüblər.

Onlar yarışa baş məşqçi Mixail Timofeyev və məşqçi Səbinə Əzizlinin rəhbərliyi ilə qatılıblar.

Exit mobile version