Site icon AJMEDIA Azərbaycanca

Azərbaycanın stolüstü tennisçiləri beynəlxalq turniri 4 medalla başa vurublar

Tokio, 17 oktyabr, /AJMEDIA/

Birləşmiş Ərəb Əmirliklərində “WTT Youth Contender” turnirinə yekun vurulub.

AJMEDIA xəbər verir ki, yarışın son günündə Azərbaycan milli komandasının aktivinə daha bir medal yazılıb. 13 yaşlı idmançıların şəxsi mübarizəsində 3-cü yeri tutan Onur Quluzadə bu gün 15 yaşlıların yarışında da eyni nəticəni təkrarlayıb.

Xatırladaq ki, yarışın ilk günlərində Rüstəm Hacılı – Aylin Əsgərova tandemi qarışıq qoşa, Onur Quluzadə ilə Yağmur Məmmədli isə şəxsi yarışlarda bürünc mükafata layiq görülmüşdü.

Qeyd edək ki, beynəlxalq yarışda 29 ölkənin idmançıları mübarizə aparıblar.

Exit mobile version