Azərbaycanın kamandan oxatma üzrə milli komandası Avropa Kubokunda iştirak edir

Tokio, 13 may, /AJMEDIA/

Bolqarıstanın paytaxtı Sofiya şəhərində gənclər arasında kamandan oxatma üzrə Avropa Kuboku turnirinə start verilib.

AJMEDIA xəbər verir ki, Azərbaycan millisi yarışlarda səkkiz idmançı ilə (Fatimə Hüseynli, Sümeyyə Bədəlli, Yağmur Qurbanlı, Zəhra Carçılı, Zahid Kazımzadə, Nurlan Rəhimli, Sərdar Vəliyev, İslam İsmayılov) təmsil olunur.

Avropa Kubokunda ümumilikdə 18 ölkədən 204 idmançı mübarizə aparır.

Bu gün oxatanlar sıralama turuna başlayıblar.

Qeyd edək ki, Avropa Kubokuna mayın 17-də yekun vurulacaq.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts