Azərbaycanın iki idmançısı V Dünya Köçəri Oyunlarında bürünc medal qazanıb

Tokio, 9 sentyabr, /AJMEDIA/

Azərbaycanın iki idmançısı Qazaxıstanın Astana şəhərində keçirilən V Dünya Köçəri Oyunlarında bürünc medal qazanıb.

AJMEDIA xəbər verir ki, qazaq güləşi yarışında Elşən Dünyamalıyev (55 kiloqram) və Ülviyyə Bayramova (52 kiloqram) üçüncü yer uğrunda qarşılaşmada müvafiq olaraq, monqolustanlı Qantuq Bayantur və moldovalı Mariya Leorda ilə üz-üzə gəliblər.

Rəqiblərinə qalib gələn həmyerlilərimiz fəxri kürsünün üçüncü pilləsinə qalxıblar.

Qeyd edək ki, sentyabrın 13-dək davam edəcək yarışlarda Azərbaycan 8 növ üzrə 54 idmançı ilə təmsil olunur.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts