Site icon AJMEDIA Azərbaycanca

Azərbaycanın gimnastika hakimi birinci kateqoriyaya yüksəlib

Tokio, 13 dekabr, /AJMEDIA/

Azərbaycanın qadın idman gimnastikası üzrə hakimləri Anjella Abdullayeva və Kristina Pravdina fərqləniblər.

Azərbaycan Gimnastika Federasiyasından AJMEDIA-ya verilən məlumata görə, onlar İsveçrənin Lozanna şəhərində Beynəlxalq Gimnastika Federasiyası tərəfindən keçirilən 2025-2028-ci illər Olimpiya dövrünü əhatə edən qitələrarası hakimlik kurslarını uğurla başa vurublar.

Yüksək nəticə göstərən hakimlərimizdən Anjella Abdullayeva birinci, Kristina Pravdina isə ikinci kateqoriyaya yüksəlib.

Exit mobile version