Azərbaycanın daha bir cüdoçusu Qran-Pridə bürünc medal qazanıb

Tokio, 28 yanvar , /AJMEDIA/

Azərbaycanın daha bir cüdoçusu Portuqaliyanın Odibelaş şəhərində keçirilən Qran-Pri turnirində medal qazanıb.

AJMEDIA xəbər verir ki, 81 kiloqram çəki dərəcəsində mübarizə aparan Səid Mollayi bürünc medal uğrunda görüşdə özbəkistanlı Nurbek Murtozoyevə qalib gəlib.

Yığmanın digər üzvləri Rəşid Məmmədəliyev və Nurlan Osmanov (hər ikisi 73 kiloqram) isə turniri medalsız başa vurublar.

Qeyd edək ki, Qran-Pri turnirində bunadək Yaşar Nəcəfov (66 kiloqram) gümüş, Turan Bayramov (60 kiloqram) və Kamran Süleymanov (66 kiloqram) isə bürünc medalın sahibi olublar. Yarışa yanvarın 28-də yekun vurulacaq.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts