Site icon AJMEDIA Azərbaycanca

Azərbaycanın bədii gimnastları Sarayevoda beynəlxalq turnirdə 15 medal qazanıblar

Tokio, 2 aprel , /AJMEDIA/

Bədii gimnastika üzrə Azərbaycan yığma komandasının üzvləri Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda təşkil olunan “Suada Dilberoviç” beynəlxalq turnirində uğurla çıxış ediblər.
AJMEDIA Azərbaycan Gimnastika Federasiyasının feysbuk səhifəsinə istinadla xəbər verir ki, gimnastlarımız turnirdə 5 qızıl, 5 gümüş və 5 bürünc medal qazanıblar. Alina Məmmədova 3 qızıl (çoxnövçülük, halqa, top), 1 gümüş (lent), 1 bürünc (gürzlər), Leyli Ağazadə 2 qızıl (gürzlər, lent), 2 gümüş (çondinövçülük), 1 bürünc (top), Mədinə Dəmirova əlavə 2 gümüş (top, gürzlər) və 3 bürünc (çoxnövçülük, lent, halqa) medala sahib olublar.

Exit mobile version