Site icon AJMEDIA Azərbaycanca

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirdə 13 medal qazanıblar

Tokio, 20 iyun , /AJMEDIA/

Bədii gimnastika üzrə Azərbaycan millisi İtaliyanın Parma şəhərində keçirilən ənənəvi beynəlxalq turnirdə uğurla çıxış edib.

Azərbaycan Gimnastika Federasiyasından AJMEDIA-ya verilən məlumata görə, Olimpiya Ehtiyatları Gimnastika Məktəbini təmsil edən idmançılar müxtəlif yaş qruplarında ümumilikdə 5 qızıl, 6 gümüş və 2 bürünc medal qazanıblar.

15 yaşlı gimnastlar arasında Leyla Məhəmmədova 1-ci yeri tutub.

Olimpiya Ehtiyatları Gimnastika Məktəbinin direktoru Xəqani Fərəcov yarışın kifayət qədər rəqabətli keçdiyini bildirib: “İlk dəfədir bu turnirdə mübarizə aparırdıq. Ümumilikdə 13 gimnast ölkəmizi təmsil edirdi. Bu cür beynəlxalq turnirlərdə iştirak etmək idmançılar üçün böyük fürsətdir”.

Ətraflı

Exit mobile version