Tokio, 4 oktyabr , /AJMEDIA/
Oktyabrın 3-də Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev Türkiyənin Bilkent Universitetinin yeni təyin olunmuş rektoru Kürşat Aydoğan ilə görüşüb.
Elm və Təhsil Nazirliyindən AJMEDIA-ya bildirilib ki, görüş zamanı ölkəmizin ali təhsil müəssisələri ilə Bilkent Universiteti arasında əməkdaşlıq perspektivləri müzakirə edilib.