Tokio, 31 oktyabr , /AJMEDIA/
Azərbaycanda “TikTok”un fəaliyyəti bərpa olunub.
AJMEDIA xəbər verir ki, hazırda sözügedən sosial şəbəkəyə girişdə heç bir məhdudiyyət yoxdur.
Elektron Təhlükəsizlik Xidməti (ETX) də məlmatı təsdiqləyib.
“Artıq istifadəçilər “TikTok” sosial şəbəkəsindən məhdudiyyətsiz istifadə edə bilirlər”, – qurumdan bildirilib.
Qeyd edək ki, Azərbaycanın 19-20 sentyabrda Qarabağda keçirdiyi antiterror tədbirləri zamanı “TikTok” sosial şəbəkəsinə giriş məhdudlaşdırılmışdı.