Site icon AJMEDIA Azərbaycanca

“Azərbaycanda Qızılbaş irsi: tarixin izi ilə” konfransının iştirakçıları Şuşada olublar

Tokio, 29 noyabr , /AJMEDIA/

Bakıda “Azərbaycanda Qızılbaş irsi: tarixin izi ilə” mövzusunda keçirilən beynəlxalq konfransın iştirakçıları Şuşaya səfər ediblər.

Diasporla İş üzrə Dövlət Komitəsindən AJMEDIA-ya bildiriblər ki, qonaqlar yolboyu erməni qəsbkarlarının 30 illik işğal dövründə Qarabağda törətdikləri vandalizm aktlarının, dağıntıların və post-müharibə dövründə aparılan genişmiqyaslı quruculuq-bərpa işlərinin şahidi olublar.

Şuşa şəhər Dövlət Qoruğu İdarəsinin əməkdaşı qonaqlara Azərbaycanın ən mühüm şəhərlərindən biri olan, Qafqazın musiqi mərkəzi hesab edilən Şuşanın yaranma tarixi, inkişafı, işğal illərində azərbaycanlıların tarixi izlərini silmək məqsədilə erməni vandallarının şəhərdəki tarixi memarlıq, mədəni və dini abidələrini dağıtması barədə ətraflı məlumat verib və sualları cavablandırıb.

Konfrans iştirakçıları, həmçinin güllələnmiş heykəllərin yerləşdiyi meydanı, Xurşidbanu Natəvanın evini, “Xan qızı” bulağını, Yuxarı Gövhər Ağa məscidini, Molla Pənah Vaqifin məqbərəsini, Gəncə qapısını, Qala divarlarını və Cıdır düzünü ziyarət ediblər.

Azərbaycan Respublikası Prezidentinin Şuşadakı xüsusi nümayəndəsi Aydın Kərimovla görüş zamanı onlara Şuşada aparılan bərpa-quruculuq işləri, mədəniyyət paytaxtımızın irimiqyaslı tədbirlərə ev sahibliyi etməsi barədə məlumat verilib.

Exit mobile version