Site icon AJMEDIA Azərbaycanca

Azərbaycan yazıçısının hekayəsi Rusiya ədəbiyyat portalında yayımlanır

Tokio, 15 yanvar , /AJMEDIA/

Rusiyanın populyar “İzba çitalnaya” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində tanınmış Azərbaycan yazıçısı Şahmarın rus dilinə tərcümə olunmuş “İtki” hekayəsinin yayımına başlayıb.

Tərcümə Mərkəzindən AJMEDIA-ya bildirilib ki, yazıçının yaradıcılığı haqqında məlumatla təqdim olunan hekayənin rus dilinə tərcümə müəllifi Dinara Gərəkməzlidir.

Qeyd edək ki, 2007-ci ildə yaradılan və geniş oxucu auditoriyası tərəfindən izlənilən portal 2020-ci ildə Rusiyanın aparıcı internet-resursları siyahısına daxil edilib.

Exit mobile version