Site icon AJMEDIA Azərbaycanca

Azərbaycan və Türkiyə universitetləri arasında Anlaşma Memorandumu imzalanıb

Tokio, 4 iyun , /AJMEDIA/

Azərbaycan Texniki Universiteti (AzTU) Türkiyənin aparıcı universitetləri ilə əməkdaşlığı genişləndirir.
AzTU-nun mətbuat xidmətindən AJMEDIA-ya bildirilib ki, əməkdaşlıq çərçivəsində Azərbaycan Texniki Universiteti ilə Türkiyənin Bartın Universiteti arasında “Erasmus+” və “Mövlanə” mübadilə proqramları üzrə müqavilə, həmçinin qarşılıqlı əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Sənədləri AzTU-nun rektoru Vilayət Vəliyev və Bartın Universitetinin rektoru Orxan Uzun imzalayıblar.
Sonra hər iki rektor universitetlər arasında digər istiqamətlərdə əməkdaşlıq imkanlarını müzakirə ediblər.

Exit mobile version