Site icon AJMEDIA Azərbaycanca

Azərbaycan və Türkiyə peşə məktəbləri arasında “Qardaşlaşma sazişi” imzalanıb

Tokio, 7 Oktyabr, /AJMEDIA/

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi ilə Türkiyənin Çankaya İMKB Peşə və Texniki Anadolu Liseyi arasında “Qardaşlaşma sazişi” imzalanıb.

Peşə Təhsili üzrə Dövlət Agentliyindən AJMEDIA-ya bildirilib ki, sazişə əsasən peşə məktəbləri kadr hazırlığı sahəsində səylərini birləşdirəcək. Əldə olunan ortaq qərara görə, bundan sonrakı mərhələdə peşə təhsili sahəsində yüksəkixtisaslı mühəndis-pedaqoji kadr hazırlayan və bunu, demək olar ki, eyni istiqamətdə həyata keçirən müəssisələr tələbə-müəllim mübadiləsi aparacaq, həmçinin resurslardan, xüsusilə maddi-texniki bazadan ortaq istifadə edəcək, birgə konfranslar, seminarlar keçirəcəklər.

Müəssisələr arasında bağlanan saziş peşə təhsili alan tələbələrin ixtisaslı kadrlar kimi yetişməsinə təkan verəcək. Saziş çərçivəsində Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin həm tələbələri, həm də gənc müəllimləri Çankaya İMKB Peşə və Texniki Anadolu Liseyində turizm, ticarət, və digər sahələrdə qarşılıqlı təcrübə mübadiləsi imkanı qazanacaq.

Exit mobile version