Tokio, 3 Noyabr, /AJMEDIA/
Noyabrın 2-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AJMEDIA-ya bildiriblər ki, telefon danışığı zamanı nazirlər ikitərəfli münasibətlər gündəliyinin bir sıra məsələləri ətrafında fikir mübadiləsi aparıblar.
Nazirlər, həmçinin üçtərəfli bəyanatların icrası, o cümlədən nəqliyyat və kommunikasiyaların açılması ilə bağlı İşçi Qrupunun fəaliyyətini müzakirə ediblər.
Bölgədə mövcud olan cari vəziyyət ətrafında fikir mübadiləsi aparan nazirlər, eyni zamanda, 3+3 formatında əməkdaşlıq platformasının inkişafının vacibliyini qeyd ediblər.
Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər barədə müzakirələr aparıblar.