Site icon AJMEDIA Azərbaycanca

Azərbaycan və Pakistanın biznes dairələri arasında tərəfdaşlıq imkanları müzakirə olunub

Tokio, 22 fevral , /AJMEDIA/

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Bakıda səfərdə olan Pakistanın sənayelər və istehsal üzrə naziri Syed Murtaza Mahmudla görüşüb.
KOBİA-dan AJMEDIA-ya bildirilib ki, görüşdə Azərbaycan və Pakistanın biznes dairələri arasında tərəfdaşlıq imkanlarına, potensial layihələrə dair fikir mübadiləsi aparılıb. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərdiyi xidmətlər, eləcə də iş adamlarının əlaqələndirilməsi və birgə əməkdaşlığın genişləndirilməsi üçün agentliyin göstərə biləcəyi dəstək barədə məlumat verilib.

Exit mobile version