Site icon AJMEDIA Azərbaycanca

Azərbaycan və Almaniya müdafiə nazirlikləri arasında ikitərəfli danışıqlar aparılıb

Tokio, 7 sentyabr , /AJMEDIA/

“Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Almaniya Federativ Respublikası Federal Müdafiə Nazirliyi arasında 2022-ci il üçün ikitərəfli əməkdaşlıq Proqramı”na uyğun olaraq Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində hər iki qurum arasında danışıqlar keçirilib.
Nazirliyin mətbuat xidmətindən AJMEDIA-ya bildirilib ki, tərəflər ölkələrimiz arasında hərbi sahədə əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, eləcə də regional və beynəlxalq təhlükəsizlik məsələləri barədə ətraflı fikir mübadiləsi aparıblar.

Exit mobile version