Site icon AJMEDIA Azərbaycanca

Azərbaycan-Türkiyə təhsil işçilərinin peşə-təcrübə proqramına start verilir

Tokio, 23 iyul , /AJMEDIA/

“EduTime” Təhsil və İnkişaf Mərkəzi Azərbaycanın təhsil işçiləri – məktəb rəhbərləri və müəllimlər üçün “Azərbaycan-Türkiyə təhsil işçilərinin peşə-təcrübə proqramı”nı elan edir.
Təhsil İnstitutundan AJMEDIA-ya bildirilib ki, proqram avqustun 22-27-də İstanbul şəhərində təşkil olunacaq. Beş gün ərzində iştirakçılar məktəb və universitetləri ziyarət edəcəklər. Proqram iştirakçılarının müxtəlif mövzularda konfrans və təlimlərdə iştirakı nəzərdə tutulur.
Proqram ödənişlidir. Ətraflı məlumat və qeydiyyat üçün +99455 970 41 47 nömrəsi ilə əlaqə saxlamaq olar.

Exit mobile version